Cocuq Mərcanlıda iki ədəd tank əleyhinə mina aşkarlanıb

Cocuq Mərcanlıda iki ədəd tank əleyhinə mina aşkarlanıb
# 08 aprel 2017 16:13 (UTC +04:00)

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı nəticəsində 2 672 ədəd qəlpə, 2 ədəd tank əleyhinə TM-57 minası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, nəticə etibarilə 58 055 kv.m ərazi (4 955 kv.m əl ilə, 12 100 kv.m mexaniki üsulla və 41 000 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR