Bakıda Frankofoniya həftələri çərçivəsində sərgi təşkil edilib

 Bakıda Frankofoniya həftələri çərçivəsində sərgi təşkil edilib
# 10 aprel 2017 18:02 (UTC +04:00)

Macarıstan səfirliyi Fransa İnstitutunda Frankofoniya həftələri çərçivəsində sərgi təşkil edib.

APA-nın məlumatına görə, tədbirdə diplomatik korpusun nümayəndəli iştirak edib.

Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski çıxışı zamanı bu sərginin Macarıstanın bir çox ölkələr, o cümlədən Azərbaycan ilə elmi əlaqələrin mövcudluğunu göstərmək üçün gözəl bir imkan olduğunu deyib. Macar xalqının köklərinin sərgidə olduğunu deyən diplomat bir çox macar alimlərin məhs buna görə şərq ölkələrinə üz tutduğunu söyləyib.

Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Macarıstanın xüsusilə Azərbaycanda frankofoniya ayları zamanı çox fəal olduğunu söyləyib. O, bu kimi tədbirlərin elmi mədəni əlaqələrin inkişafına xidmət etdiyini deyib.

Aprelin 10-dan 13-dək davam edəcək sərgidə Şimali Afrika, Yaxın Şərq və Qafqazdan Hindistana, Çinə və Sakit Okean adalarınadək araşdırmalar aparmış məhşur Macar səyyahları və alimlərinin həyatı, macəraları və elmi işləri nümayiş olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR