İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin Ukrayna bölməsi Sülh Platformasına qoşulub

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin Ukrayna bölməsi Sülh Platformasına qoşulub
# 11 aprel 2017 13:00 (UTC +04:00)

İnsan Hüquqları üzrə Beynəlxalq Cəmiyyətin Ukrayna bölməsinin sədri Andrey Suxorukov Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Hesab edirəm ki, çox tez bir zamanda, qan tökülməsini dayandırıb Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini vurğulamaq istəyirəm. Həmçinin münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Bir vaxtlar iki xalq, əsrlər boyu sülh şəraitində yaşayıblar. Lakin münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Mən bunu böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. İnsanların sülh şəraitində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Sülh və təhlükəsizlik şəraitində yaşamaq – insanların ən ali hüququdur. Yuxarıda qeyd olunan səbəblərə görə, başçılıq etdiyim təşkilat adından, bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR