Azərbaycanda türkiyəli turistlərin sayının artırılması müzakirə edilib

Azərbaycanda türkiyəli turistlərin sayının artırılması müzakirə edilib
# 11 aprel 2017 14:40 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İstanbul Şopinq Festivalının direktoru, İstanbul Kongre ve Ziyarətçi Bürosunun baş meneceri Hicran Özbükün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə ölkələr arasında turizm sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın hədəf bazarlarından olan Türkiyədə ölkəmizin təbliğatının genişləndirilməsi və bu ölkədən gələn turistlərin sayının artırılması məsələləri müzakirə olunub.

Nazir Əbülfəs Qarayev ölkəmizdə ilk dəfə olaraq keçirilən Bakı Şopinq Festivalında Türkiyə nümayəndə heyətinin iştirakından məmnun olduğunu bildirərək, Türkiyənin bu sahədəki təcrübəsindən istifadə edildiyini də xüsusi vurğulayıb.

İstanbul Şopinq Festivalının direktoru Hicran Özbük Bakı Ticarət Festivalı istiqamətində görülən işləri yüksək qiymətləndirib və ölkəmizdə səfərdə olmasından məmnunluğunu ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR