Prezident Kiyev meri Kliçkonu qəbul edib - YENİLƏNİB

Prezident Kiyev meri Kliçkonu qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 13 aprel 2017 09:37 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.

APA-nın məlumatına görə, Vitali Kliçko ilə bu yaxınlarda Münhendəki görüşünü xatırlayan dövlət başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan İ. Əliyev V. Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.

Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, bu səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü deyib.

Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq prezident İlham Əliyevə təqdim edib.

Qeyd edək ki, dövlət başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.

*** 10.50

Prezidenti İlham Əliyev bu gün Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçkonu qəbul edib.

APA-nın xəbərinə görə, V. Kliçko Azərbaycanda səfərdədir. O, Kiyevdə keçiriləcək "Eurovision" müsabiqəsi öncəsində Azərbaycanın bu sahədə təcrübəsini öyrənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR