Bakıda Berlinin rəmzi olan "Baddi ayısı"nın heykəli qoyulub

Bakıda Berlinin rəmzi olan "Baddi ayısı"nın heykəli qoyulub
# 13 aprel 2017 14:59 (UTC +04:00)

Bakıda Almaniyanın Azərbaycandakı səfirliyinin yerləşdiyi ISR Plazanın qarşısında Berlinin rəmzi olan "Baddi ayısı"nın heykəlinin açılışı olub.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən səfir Mixael Kindskrab bildirib ki, bu heykəl iki ölkə arasında dostluğun rəmzi olacaq. Səfirin sözlərinə görə, ayının heykəlinin Bakıda qoyulması ideyası bir müddət əvvəl səslənib: "Bakıya ayının heykəli ağ şəkildə gəlib. Daha sonra səfirlik və rəssamlıq akademiyası müsabiqə elan edib və Azərbaycanlı rəssam tərəfindən rənglənib".

M. Kindskrab bildirib ki, diplomatik münasibətlərin 25 illiyində qoyulan bu heykəl iki ölkə arasında dostluğun simvoludur.


Daha sonra heykəlin açılışı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR