Rusiyanın "Birinci telekanalı" “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib

Rusiyanın "Birinci telekanalı" “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib
# 13 aprel 2017 18:59 (UTC +04:00)

Rusiyanın "Birinci telekanalı" “Eurovision-2017” mahnı müsabiqəsini yayımlamaqdan imtina edib. APA-nın RNS-ə istinadən verdiyi xəbərə görə, bu barədə telekanalın mətbuat xidmətindən bildirilib.

“Bu gün Avropa Yayım İttifaqından (AYİ) “Birinci telekanal"a daxil olan məktubda AYİ-nin Yuliya Samoylovanın “Eurovision-2017” mahnı müsabiqəsində iştirakı məsələsini nizamlaya bilmədiyi qeyd edilib. Yaranmış vəziyyətdə “Birinci telekanal" “Eurovision-2017” mahnı müsabiqəsinin yayımlanmasını mümkünsüz hesab edir”, - deyə telekanalın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Y.Samoylova Krımda konsertlə çıxış etdiyinə görə, rəsmi Kiyev onun ölkəyə girişinə qadağa qoyub. Müğənni Rusiyanı “Eurovision-2017”–də "Flame Is Burning" mahnısı ilə təmsil edəcəkdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR