Peterburqda partlayış baş verib, yaralanan var

Peterburqda partlayış baş verib, yaralanan var
# 13 aprel 2017 20:09 (UTC +04:00)

Rusiyanın Sankt Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

APA-nın “Fontanka.ru”ya istinadən verdiyi xəbərə görə, partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.

Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb. Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.

Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində partlayıb.

Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR