Yuri Xaçaturov KTMT baş katibi təyin olunub

Yuri Xaçaturov KTMT baş katibi təyin olunub
# 14 aprel 2017 12:36 (UTC +04:00)

Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) baş katibi vəzifəsinə yeni təyinat olub.

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə KTMT-nin baş katibi səlahiyyətlərini müvəqqəti icra edən Valeri Semerikov bildirib.

O, bu vəzifəyə Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi Yuri Xaçaturovun təyin olunduğunu söyləyib: "KTMT baş katibi vəzifəsinə təyinat məsələsinə bu gün təşkilata üzv dövlətlərin başçılarının iclasında baxılıb və bu ilin mayın 2-dən bu posta Yuri Xaçaturovun təyin olunması haqqında yekdil qərar qəbul olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR