Ermənistan müxalifəti seçkinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Ermənistan müxalifəti seçkinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
# 14 aprel 2017 16:57 (UTC +04:00)

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın sədri olduğu “Erməni Milli Konqresi-Ermənistan Xalq partiyası” müxalifət bloku parlament seçkilərinin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə vəkil Tiqran Yeqoryan açıqlama verib.

“Biz alyans və “Vətəndaş-müşahidəçi” təşəbbüsü adından Konstitusiya Məhkəməsinə müraciət etmişik. Hesab edirik ki, 2 aprel seçkiləri zamanı dövlət əsas prinsipləri-öz iradəsini azad ifadəetmə və gizlin səsverməni təmin etməyib. İnzibati resurslardan istifadə olunub”, - deyə o bildirib.

Bu müraciət nəticəsində parlamentin birinci iclası təxirə salına bilər. Konstitusiyaya əsasən, yeni seçilmiş parlamentin ilk iclası seçkilərdən sonra 3-cü cümə axşamı günü keçirilir. MSK səsvermənin nəticələrini aprelin 9-da təsdiqlədiyindən parlament öz işinə aprelin 27-də başlamalıdır. Lakin ərizədən sonra iclasın maya kimi təxirə salınacağı ehtimal olunur. Konstitusiya Məhkəməsi tərəfindən ərizəyə maksimum 15 gün ərzində baxılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR