Şeyxülislam: “Bəziləri din adı ilə “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər"

 Şeyxülislam: “Bəziləri din adı ilə “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər"
# 15 aprel 2017 16:35 (UTC +04:00)

“Bəzi şəxslər dinin adından istifadə edərək “Hacı Cavad” məscidi ətrafında gərginlik yaratmaq istəyirdilər".

APA-nın xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMI) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. Onun sözlərinə görə, gərginlik yaratmaq istəyənlərin həmin məscid və məhəllə ilə heç bir əlaqəsi olmayıb: "Prezident məsələ ilə bağlı konkret mövqeyini bildirdi, dindarlarımız da dövlət başçısının bu addımını dəstəkləyir. Heydər Əliyevin, Zərifə xanımın ailəsində böyüyən İlham Əliyev həzrətləri dini abidələrimizin, milli-mənəvi dəyərlərimizin qorunması üçün çox mühüm işlər görür və inşallah hələ çox işlər də görəcək. Prezident biz dindarlara verdiyi sözə həmişə əməl edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR