Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib - FOTOSESSİYA

Cocuq Mərcanlıda 918 ədəd qəlpə aşkar edilib - <span style="color: red;">FOTOSESSİYA
# 16 aprel 2017 15:55 (UTC +04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə operativ məlumat yayıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində gün ərzində 918 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Nəticə etibarilə 33 541 kv.m ərazi (991 kv.m əl ilə, 12 600 kv.m mexaniki üsulla və 19 950 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb. Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR