Azərbaycan prezidenti: “Turizmin inkişafından milyardlarla valyuta qazanacağıq”

Azərbaycan prezidenti: “Turizmin inkişafından milyardlarla valyuta qazanacağıq”
# 17 aprel 2017 15:45 (UTC +04:00)

“Turizmə ixrac məhsulu kimi baxmalıyıq. Çünki turizm bizə nə verir? Valyuta. İxrac nə verir? Valyuta. Biz turizmin inkişafından milyardlarla valyuta qazanacağıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev qeyri-neft ixracatçılarının Yevlaxda keçirilən respublika müşavirəsində deyib.

O bildirib ki, Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, dünya miqyasında turizmin ən sürətlə inkişaf etdiyi yer də Azərbaycandır: “Budur, bizim siyasətimizin nəticələri. Bölgələrdə müasir turizm infrastrukturu inkişaf etdirilməlidir. Mən sahibkarları da dəvət edirəm. Sahibkarlar bilsinlər ki, yeni otellərə böyük ehtiyac olacaq. Çünki hələ indi - qış mövsümündə Bakıdakı otellərin 85-90 faiz doludur. Görün, yay mövsümündə nə olacaq? Boş yer olmayacaq. Ona görə, Bakıda və bizim əsas turizm mərkəzlərində yeni otellərin yaradılması çox böyük əhəmiyyət daşıyır və bunun biznes üçün də çox böyük faydası olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR