Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir

Türkiyə XİN: ATƏT-in rəyi qəbuledilməzdir
# 17 aprel 2017 19:28 (UTC +04:00)

ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir.

APA-nın məlumatına görə, bu barədə Türkiyə xarici işlər nazirliyinin açıqlamasında bildirilir.

“Referendumun beynəlxalq standartlara uyğun olmadığını demək qəbuledilməzdir”, məlumatda bildirilir.

Türkiyə XİN-in bəyanatında həmçinin bildirilir ki, ATƏT-in müşahidə missiyası referendumun qiymətləndirilməsində kifayət qədər obyektiv və qərəzsiz ola bilməyib.

Qeyd edək ki, ATƏT Türkiyədə Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun Avropa Şurası standartlarına uyğun olmadığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR