Aİ Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində 90 milyon avroluq 70 layihə həyata keçirib

Aİ Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində 90 milyon avroluq 70 layihə həyata keçirib
# 18 aprel 2017 09:09 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) 2007-ci ildən Azərbaycanda vətəndaş cəmiyyəti sahəsində 90 milyon avro dəyərində 70 layihə həyata keçirib.

APA-nın məlumatına görə, bu barədə Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard "QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması" adlı konfransdakı çıxışında bildirib.

O qeyd edib ki, vətəndaş cəmiyyəti insanların alt səviyyədə siyasətin formalaşmasında iştirakına imkan verir: "Biz vətəndaş cəmiyyətin inkişafını dəstəkləyirik. "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində ölkələrdə bu kimi layihələrin icrasını həyata keçiririk. Biz bu əməkdaşlığı davam etdirəcəyik".

M. Mard bu layihələrin icrasındakı dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR