Dövlət başçısı Bolqarıstanın sabiq prezidentini qəbul edib - YENİLƏNİB

Dövlət başçısı Bolqarıstanın sabiq prezidentini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 18 aprel 2017 10:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstanın keçmiş prezidenti Rosen Plevneliyevi qəbul edib.

APA-nın məlumatına görə, R. Plevneliyev Azərbaycana gəlişindən həmişə olduğu kimi, böyük məmnunluq hissi keçirdiyini deyib.

Azərbaycan prezidenti ilə görüşlərinə toxunan R. Plevneliyev prezident İlham Əliyevlə ölkələrimiz arasında strateji tərəfdaşlığa dair sənədi imzalamasını xüsusilə vurğulayıb. R. Plevneliyev prezident İlham Əliyevin uzaqgörən siyasətinin “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi işinə töhfə verdiyini deyib.

Prezident İlham Əliyev isə özünün Bolqarıstana səfərini, Bolqarıstan prezidenti ilə görüşlərini xatırlayaraq, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və bundan sonra da səmərəli əməkdaşlıq həyata keçiriləcəyinə əminliyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR