Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən film çəkiləcək

Mübariz İbrahimovun qəhrəmanlığından bəhs edən film çəkiləcək
# 18 aprel 2017 10:48 (UTC +04:00)

Türkiyənin tanınmış film və televiziya proqramları şirkəti olan “Renk Media” politoloq Ramiz Alıyevin ideya müəllifliyi və Mədəniyyət və Turizm Nazirliyinin razılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun haqqında “Mübariz” filmini çəkəcək.

APA-nın xəbərinə görə, çəkiliş üçün iki il davam edən hazırlıqlar başa çatıb, yaxın günlərdə filmin çəkilişə başlanacaq. Şirkətin sahibi Hamit Tuncel deyib ki, Milli Qəhrəman Mübariz İbrahimov Azərbaycanla yanaşı, Türkiyənin də qəhrəmanıdır.

“Filmdə Türkiyənin ən məşhur seriallarında baş rolda oynayan aktyorlar və aktrisalar iştirak edəcək. Dünya miqyasında mükafatlar almış rejissorlar da cəlb olunacaq. Filmdə Azərbaycanın illərdir, müdafiə etdiyi haqlı iddiaları, Xocalı və Qarabağ haqqında hissələr də olacaq. Film yalnız Azərbaycanda və Türkiyədə nümayiş olunmayacaq. Bağladığımız əməkdaşlıq müqavilələrinə əsasən, Avropanın və dünyanın bir çox kinoteatrında izləniləcək. Ekran əsərinin musiqisi üçün dünyanın ən çox izlənilən serial və filmlərinə üçün mahnılar hazırlayan "Capitol" studiyalarından dəstək alınacaq. Azərbaycanda əməkdaşlıq etdiyimiz şirkətlərdən birini də cəlb edəcəyik. Türkiyəli aktyor və aktrisalarla yanaşı, Azərbaycandan da sənətçilər çağırılacaq” – deyə, şirkət rəhbəri əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR