Türkiyədə qəzaya uğrayan vertolyotda olan 12 nəfər şəhid olub - YENİLƏNİB-1

Türkiyədə qəzaya uğrayan vertolyotda olan 12 nəfər şəhid olub - <span style="color: red;">YENİLƏNİB-1
# 18 aprel 2017 16:27 (UTC +04:00)

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər şəhid olub.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Tunceli valiliyindən açıqlama verilib.

Hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib.

***

saat 15.10

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər olub.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Tunceli valiliyi məlumat yayıb.

Polisə məxsus "Sikorsky S-70 Blackhawk" tipli vertolyot yerli vaxtla saat 11.40 (Bakı vaxtı ilə saat 12.40) radələrində Pülümür qəsəbəsindən qalxıb, 10 dəqiqə sonra radarlardan itib.

Vertolyotun Muzur dağları bölgəsinə, 2500 metr yüksəklikdəki əraziyə düşdüyü ehtimal edilir.

Qəzaya dumanlı, yağışlı hava şəraitinin səbəb olduğu güman edilir.

***

saat 14.57

Türkiyədə polis vertolyotu qəzaya uğrayıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, vertolyotda 8-i polis olmaqla, 14 nəfər olub.

Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR