Deputat Gəncədə seçicilərini qəbul edib

Deputat Gəncədə seçicilərini qəbul edib
# 18 aprel 2017 14:08 (UTC +04:00)

38 saylı Nizami II (Gəncə) seçki dairəsindən Milli Məclisə deputat seçilmiş Naqif Həmzəyev müraciətlərlə əlaqədar seçiciləri ilə görüşüb.

N. Həmzəyev vətəndaşları ayrı-ayrılıqda qəbul edib, onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə əsasən məşğulluq, torpaq, təhsil, sosial, hüquqi və tibbi yardımla, özlərinin və ya ailə üzvlərinin işlə təmin edilməsinə köməklik göstərilməsi ilə bağlı məsələlər qaldırıblar.

Müraciətlərin əksər hissəsi yerində həll olunub, bəzilərinin həlli ilə bağlı seçicilər müvafiq təşkilatlara yönləndirilib. Millət vəkili ona ünvanlanan bütün müraciətləri nəzarətdə saxlayacağını, seçicilərini maraqlandıran və narahat edən məsələlərin həllinə köməklik göstərəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR