Sankt-Peterburq metrosunda terror aktını təşkil etməkdə şübhəli bilinən Abror Əzimov günahını etiraf edib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Moskvanın Basmannı məhkəməsində onun vəkili Armen Zadoyan deyib.
Qeyd edək ki, A. Əzimov aprelin 17-də Moskva vilayətinin Odintsovo rayonunda saxlanılıb. Federal Təhlükəsizlik Xidməti hesab edir ki, terrorçu-kamikadze Akbarjon Cəlilovu bu cinayəti törətməyə məhz A. Əzimov hazırlayıb.