"Vnukovo" AZAL-ın hesabına sərnişindaşımanı artırıb

"Vnukovo" AZAL-ın hesabına sərnişindaşımanı artırıb
# 19 aprel 2017 10:20 (UTC +04:00)

2017-ci ilin birinci rübündə Moskvanın "Vnukovo" hava limanı 3 mln. 224 min nəfər sərnişinə xidmət göstərib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 45% və ya təxminən 1 mln. nəfər çoxdur. "APA-Economics" xəbər verir ki, bu barədə aeroportun administrasiyasının yaydığı məlumatda deyilir.

Bildirilir ki, martda aeroport 1 mln. 136 min sərnişinə xidmət göstərib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 38,3% çoxdur.

Ötən ay aeroport 12 672 aviareysə xidmət edib.

"Aviareyslərin sayının artmasına Paris və Nitsaya uçuşları bərpa edən "Rusiya", MDB ölkələrinə yerinə yetirilən reyslərin sayını artıran "Utair" və uçuş coğrafiyasına Gəncə və Qəbələni əlavə edən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) hesabına nail olmaq mümkün olub", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR