ATƏT-in baş katibi Lavrovla Qarabağ məsələsini müzakirə edəcək

ATƏT-in baş katibi Lavrovla Qarabağ məsələsini müzakirə edəcək
# 19 aprel 2017 12:47 (UTC +04:00)

ATƏT-in baş katibi Lamberto Zanyer aprelin 26-da Moskvaya səfər edəcək.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, səfər çərçivəsində ATƏT rəsmisinin Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü olacaq.

Görüşdə ATƏT regionundakı münaqişələrin nizamlanması müzakirə olunacaq.

Rusiya XİN sözçüsü görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunacağını da söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR