Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib

Zakir Həsənov təlimlərdəki vəziyyətə dair məruzələri dinləyib
# 19 aprel 2017 17:45 (UTC +04:00)

Təlimlər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin dinamik dəyişən vəziyyət və qəbul edilən qərarlara dair məruzələrini dinləyib.


APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qarşılıqlı fəaliyyətin effektivliyinin artırılması və qoşunların idarəolunması üzrə göstərişlər verilib.

Verilən taktiki müdaxilələr üzrə dəyişən şəraitdə qoşunların tapşırıqları düzgün qavramaları və yerinə yetirmələri məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən hərbi hissələrin və bölmələrin ərazidə praktiki fəaliyyəti yoxlanılıb.

Əsas diqqət silahlanmaya yeni qəbul edilmiş silah və hərbi texnikanın tətbiqi ilə taktiki fəaliyyətlərin yeni üsullarına yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR