Yunanıstanın paytaxtı Afinada partlayış baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident “Eurobank”-ın şöbəsində qeydə alınıb.
Məlumata əsasən, yerli vaxtla saat 22:00 radələrində naməlum şəxs xəbər saytına zəng edərək yarım saatdan sonra “Eurobank”da partlayışın baş verəcəyini bildirib.
Partlayış nəticəsində bankın ofisinə və yaxınlıqdakı binalara ziyan dəyib. Zərərçəkənlər barədə məlumat verilmir.