Malidə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb

Malidə fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
# 20 aprel 2017 02:52 (UTC +04:00)

Malidə fövqəladə vəziyyət rejimi 10 gün müddətinə uzadılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ötən gün silahlılar Qurma-Rarus şəhərində hərbi bazaya hücum edərək 5 əsgəri öldürüb, 10-u yaralayıblar.

Hadisə yerinə cəlb edilən Fransa hərbçiləri azı 10 silahlını məhv edib. Malidəki BMT missiyası hücumu pisləyərək, baş verənləri terror aktı adlandırıb.

İnsidentə görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR