Deputatın mandatdan məhrum edilməsi ilə bağlı maddə yeni redaksiyada veriləcək

Deputatın mandatdan məhrum edilməsi ilə bağlı maddə yeni redaksiyada veriləcək
# 20 aprel 2017 10:35 (UTC +04:00)

Milli Məclisin daxili Nizamnaməsində deputatın mandatdan və səlaihiyyətindən məhrum edilməsi ilə bağlı maddə yeni redaksiyada veriləcək.

APA-nın məlumatına görə, bu məsələ Milli Məclisin daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinin ikinci cümləsinin təklif olunan yeni redaksiyasında əksini tapıb.

Yeni redaksiyaya əsasən, “Milli Məclisin İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, Azərbaycan Konstitusiyasının 93-cü maddəsinin III hissəsinin tələbinin yerinə yetirilməsinə, qanunla müəyyən edilmiş etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi, deputatın mandatdan məhrum edilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir”.

Qeyd olunan hissənin hazırda qüvvədə olan variantı isə belədir: “İntizam komissiyası parlamentdaxili məsuliyyətə cəlb olunan deputatların məsələlərinə baxıb həll etmək, habelə deputat toxunulmazlığına xitam verilməsi və deputat səlahiyyətlərinin itirilməsi ilə əlaqədar məsələlərə dair rəy vermək məqsədilə fəaliyyət göstərir”.

Layihə parlamentin birgə komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR