Polşanın səhiyyə işçisi Sülh Platformasına qoşulub

Polşanın səhiyyə işçisi Sülh Platformasına qoşulub
# 20 aprel 2017 11:51 (UTC +04:00)

Polşanın səhiyyə işçisi, fizioterapevt, ictimai səhiyyə üzrə magistr Marta Volosoviçz Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

“Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, müasir dövrün ən prioritet məsələlərindən biri olmalıdır. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə edirəm. Lakin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulayıram. Həmçinin münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. İki xalq, əsrlər boyu sülh içində yaşayıblar. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, münaqişənin həll olunmaması nəticəsində iki xalqın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Qeyd etdiyim səbəblərə görə, mən bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR