Dağıstanın iki rayonunda antiterror əməliyyat rejimi elan olunub

Dağıstanın iki rayonunda antiterror əməliyyat rejimi elan olunub
# 20 aprel 2017 22:13 (UTC +04:00)

Dağıstanın iki rayonunda antiterror əməliyyat rejimi tətbiq edilib. APA-nın xəbərinə görə, bu barədə Dağıstan üzrə Əməliyyat Qərargahından bildirilib.

“Yerli vaxtla 21.00-da Əməliyyat Qərargahının rəhbəri tərəfindən Buynaksk və Qarabudağkənd rayonlarının bəzi hissələrində antiterror əməliyyat rejiminin tətbiq edilməsinə dair qərar qəbul olunub. Silahlılar və onların tərəfdarları axtarılır”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR