Parisin mərkəzində atışma baş verib, iki polis ölüb - YENİLƏNİB-2

Parisin mərkəzində atışma baş verib, iki polis ölüb - <span style="color: red;">YENİLƏNİB-2
# 20 aprel 2017 22:40 (UTC +04:00)

Parisin mərkəzində baş vermiş silahlı insident nəticəsində iki polis həlak olub, daha biri isə yaralanıb. APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, atışma zamanı yaralanan iki polisdən biri xəstəxanada keçinib.

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.

**** 00.35

Parisin mərkəzində daha bir atışma baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Bundan əvvəl Fransa paytaxtının mərkəzində atışmanın baş verdiyi, nəticədə bir polis əməkdaşının öldüyü, digərinin yaralandığı barədə məlumat verilmişdi.

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar "Kalaşnikov" tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.

Cinayətkarın axtarışı davam etdirilir.

İnsidentin terror aktı olduğu istisna edilmir.

**** 00.03

Fransa paytaxtında silahlı insident olub. APA -nın "Reuters"ə istinadən verdiyi məlumata görə, silahlı şəxs polisləri atəşə tutub.

Atışma zamanı bir polis ölüb, digəri yaralanıb. Cavab atəşi ilə silahlı zərərsizləşdirilib.

Hadisə Parisin mərkəzində, “Yelisey çölləri” adlanan küçədə qeydə alınıb. Polisin məlumatında insidentin terror aktı olub-olmadığı bildirilmir.

Hazırda ərazidə araşdırmalara başlanılıb. Sakinlərə həmin ərazilərə çıxmamaq məsləhət görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR