ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib
# 20 aprel 2017 23:42 (UTC +04:00)

ABŞ-ın Fransadakı səfirliyinin mühafizəsi gücləndirilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hazırda “Yelisey çölləri” prospektində yerləşən səfirliyin əsas girişinin qarşısında polislərlə dolu 4 mikroavtobus durub, diplomatik nümayəndəliyin mühafizəçilərinə isə avtomat silahlar verilib.

Qeyd edək ki, bundan əvvəl iki polisin ölməsi, daha birinin yaralanması ilə nəticələnən atışmanın baş verdiyi ərazidə ictimai yerlərdən sakinlərin təxliyəsi davam etdirilir.

Atəş açanlardan biri məhv edilib, digəri isə hadisə yerindən qaçıb. Onun axtarışları davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR