"Azəravtoyol”: Bakının bəzi yollarında rəngləmə işləri aparılacaq

"Azəravtoyol”: Bakının bəzi yollarında rəngləmə işləri aparılacaq
# 21 aprel 2017 09:32 (UTC +04:00)

Xəzər rayonu, Qala – Şüvalan yolunda (“Azal Arena”nın yolu) piyada keçidlərinin, yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri aparılır.

“Azəravtoyol” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, rəngləmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

Analoji işlər bu axşam 22:00-dan etibarən Moskva prospekti, Biləcəri dairəsində, həmçinin Nəsimi rayonu, A.Bakıxanov və Ceyhun Hacıbəyli küçələrində (A.Bakıxanov küçəsindən Hənifə Ələsgərova küçəsinədək) də aparılacaq. Burada işlər səhər saatlarınadək yekunlaşdırılacaq.

"Azəravtoyol” ASC sürücülərdən üçün alternativ yollardan istifadə etməyi tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR