Azərbaycan və Polşa dəmir yolu sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir

Azərbaycan və Polşa dəmir yolu sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
# 21 aprel 2017 09:35 (UTC +04:00)

“Azərbaycan Dəmir Yolları” QSC-də Polşanın Azərbaycandakı səfiri Marek Tsalka, eləcə də səfirin müşaviri Andjey Yankovski ilə görüş keçirilib.

QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın “APA-Economics”ə verdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayacaq Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib. Sonra qarşılıqlı əməkdaşlığın genişləndirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub.

QSC-də səfir M.Tsalka beynəlxalq və regional layihələrin reallaşması prosesində Azərbaycan tərəfinin gördüyü işləri, həmçinin dəmir yolunda həyata keçirilən islahatları yüksək qiymətləndirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR