Atasını öldürən yeniyetmə məcburi müalicəyə göndərilib

Atasını öldürən yeniyetmə məcburi müalicəyə göndərilib
# 21 aprel 2017 09:52 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində atasını öldürən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hamim Tamella Nəsrullayevanın sədrlik etdiyi iclasda qərar elan olunub. Qərara əsasən, K. Qasımovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib və barəsində məcburi müalicə təyin edilib.

Qeyd edək ki, ötən ilin oktyabrında Xəzər rayonunda Gədəbəy rayon sakini, 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovu bıçaqlayaraq, öldürüb. K. Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR