Milli Məclisin Regional məsələlər komitəsi iki layihəyə baxıb

Milli Məclisin Regional məsələlər komitəsi iki layihəyə baxıb
# 21 aprel 2017 10:47 (UTC +04:00)

Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi (ikinci oxunuşda) və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, bildirilib ki, "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" yeni qanun layihəsində redaktə xarakterli düzəlişlər edilib. Layihəd' yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, yerli özünüidarə orqanlarında korrupsiyanın və bələdiyyə üzvlərinin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması, bələdiyyə üzvləri tərəfindən etik davranış qaydalarına əməl olunmasının təmin edilməsi, bələdiyyə üzvlərindən gözlənilən davranış barədə vətəndaşların məlumatlandırılması, yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsinə vətəndaşların təsir imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Qanun layihəsi 3 fəsil, 17 maddədən ibarətdir.

Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanuna isə uyğunlaşdırıcı dəyişikliklər edilib.


Layihələr plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR