Türkiyədə PKK terrorçuları hərbi hissəyə hücum edib, 2 əsgər şəhid olub
APA Azeri Press Agency

Türkiyədə PKK terrorçuları hərbi hissəyə hücum edib, 2 əsgər şəhid olub

[ 21 Aprel 2017 12:52 ] | APA

Türkiyədə PKK terrorçu qrupu hərbi hissəyə hücum edib.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Hadisə bu gün yerli vaxtla 09.30 radələrində, Şırnak rayonunun Beytüşşebap və Uludere qəsəbələri arasında yerləşən ərazidə qeydə alınıb. Hərbi hissəyə hücum zamanı 2 əsgər şəhid olub, 2 əsgər yaralanıb.