“Sovetski”də yanmış binadakı mənzillər bərpa edilərək sahiblərinə təhvil veriləcək

 “Sovetski”də yanmış binadakı mənzillər bərpa edilərək sahiblərinə təhvil veriləcək
# 21 aprel 2017 11:51 (UTC +04:00)

Bu gün Yasamal rayonu Həzi Aslanov, 3 ünvanında (“Sovetski”) yerləşən üç mərtəbəli yaşayış binasının yenidən bərpa olunması prosesinə start verilib.

Yasamal rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev həmin əraziyə gələrək görülən işlərlə yaxından tanış olub.

İcra başçısı bildirib ki, bu ilin 27 yanvar tarixində Həzi Aslanov, 3 ünvanında üçmərtəbəli yaşayış binasında güclü yanğın baş verib. Ümumilikdə yaşayış sahəsi 300 kvadratmetr olan binada həmin hadisədən sonra Prezidentinin Administrasiyası tərəfindən rayon İcra Hakimiyyətinə mövcud vəziyyətin araşdırılması tapşırılıb. Məlum olub ki, baş vermiş yanğın nəticəsində üç mənzil tamamilə yararsız hala düşüb. Həmin mənzillərin sahibləri isə öhdələrində əlil, yaşlı, xəstə və azyaşlı uşaqları olan aztəminatlı, imkansız şəxslərdir.

O qeyd edib ki, yanğın baş verən vaxtdan bu günə qədər mənzilləri yanmış sakinlər yaşamaq üçün evləri olmadığından qohum evinə sığınıb, kirayə mənzillərdə qalıblar: “Bu cür vəziyyət isə uzun müddət davam etməklə həmin insanlara həm maddi, həm də mənəvi çətinliklər yaradırdı. Öhdələrində əlil, xəstə olan insanlar evsiz qalmaq məcburiyyətinə düşüblər. Yasamal rayon İcra Hakimiyyəti həmin hadisədən sonra yaranmış mövcud vəziyyəti, mənzilləri yanmış sakinlərin aztəminatlı, imkansız, çətin vəziyyətdə olduqlarını nəzərə alaraq qərara gəldi ki, sözügedən üçmərtəbəli yaşayış binası rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına təmir olunub yenidən orada yaşayan sakinlərin istifadəsinə verilsin. Bu gündən başlanan təmir işlərinin qısa müddət ərzində bitməsi nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR