Parisdəki atışmada şübhəli bilinən şəxs polis bölməsinə gəlib

Parisdəki atışmada şübhəli bilinən şəxs polis bölməsinə gəlib
# 21 aprel 2017 12:26 (UTC +04:00)

Parisdə dünən baş verən atışmadan sonra axtarışa verilən şəxs Belçikanın Antverpen şəhərində polis bölməsinə gəlib.

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Anri Brande bildirib.

Daha sonra onun evində axtarış həyata keçirilib. “Axtarışın ilkin səbəbi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Ona görə də indiki halda bu şəxsin Parisdə baş verən hücum arasında bağlılığını söyləmək olmaz”, - deyə o bildirb.

RTBF radiosu da hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən həmin şəxsin Parisdə baş verən terror hadisəsində əli olmadığını yazıb.

Qeyd edək ki, ötən gecə Parisin mərkəzində, “Yelisey çölləri” küçəsində silahlı insident baş verib, nəticədə bir polis həlak olub, daha bir polis yaralanıb. Hadisəni törədən şəxslərdən biri atışmada öldürülüb, biri isə qaçıb.

İŞİD terror qruplaşması Parisdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR