İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Tiflisdə saxlanılıb

İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Tiflisdə saxlanılıb
# 21 aprel 2017 12:25 (UTC +04:00)

Tiflisdə Azərbaycan vətəndaşı saxlanılıb.

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, 1961-ci il təvəllüdlü Q. İ. adlı şəxs 2015-ci ildən Azərbaycan tərəfindən İnterpol xətti ilə axtarışda olub.

Həmin şəxs külli miqdarda vergidən yayınmaqda ittiham olunur.

Hazırda saxlanılan şəxsin ekstradisiyasına hazırlıq proseduru aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR