İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb

İlk qəbul imtahanında iştirak edəcək abituriyentlərə buraxılış vərəqəsinin verilməsinə başlanılıb
# 21 aprel 2017 14:56 (UTC +04:00)

Aprelin 30-da keçiriləcək ilk qəbul imtahanında iştirak edəcək abituriyentlərə “İmtahana buraxılış vərəqəsi"nin verilməsinə başlanıb.

Dövlət İmtahan mərkəzindən APA-ya verilən xəbərə görə, 2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (II və III qrup) qəbul olmaq istəyən abituriyentlər http://eservices.dim.gov.az/brxvbak/?frm=egov səhifəsinə daxil olaraq imtahana buraxılış vərəqəsini çap edə bilər.

Qeyd edək ki, bu ildən ali məktəblərə qəbul qaydalarında edilən dəyişiklərə əsasən, qəbul imtahanları 2 dəfə keçiriləcək. Birinci imtahan aprel-may, ikinci imtahan isə iyul ayında təşkil olunacaq. İmtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının cari ildə keçirilən iki imtahandan birində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq. Cari ildə I-IV qruplardan biri üzrə keçirilən qəbul imtahanında ikinci dəfə iştirak edən bütün abituriyentlər üçün istisnasız olaraq bu imtahanlar həmin abituriyentlərin hesabına həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR