Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb

Lənkəranda avtomobil ağaca çırpılıb, bir nəfər ölüb
# 21 aprel 2017 16:28 (UTC +04:00)

Lənkəran-Lerik yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəranın Şovu kəndi ərazisində qeydə alınıb. UAZ narkalı minik avtomobilinin yolun kənarındakı ağaca çırpılması nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir.

Xəsarət alanlardan Elçin Abdullayev Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Digər şəxsin xəsarəti isə yüngül olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR