Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb

Allahşükür Paşazadə Gürcüstan prezidenti ilə görüşüb
# 21 aprel 2017 18:16 (UTC +04:00)

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tərəflər terrorçuluq, radikalizmə qarşı və həmçinin sülhə yönələn elmi-dini konfranslar keçirməyi qərara alıblar. Görüşdə gənc nəsl arasında dostluq, sülh və vətənpərvərlik təbliğatının aparılmasının vacibliyi vurğulanıb. A.Paşazadə Gürcüstan prezidentinə xalça hədiyyə edib. Görüşdən sonra A.Paşazadə və onun başçılıq etdiyi nümayəndə heyəti prezident sarayından Tiflis şəhərini seyr ediblər.

Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycana qarşı torpaq təcavüzü etdiyini bildirib: “Mən görüşlərimdə Azərbaycan və Gürcüstan torpaqlarının 20%-nin işğal olunduğunu bildirdim. Ermənilər işğal zamanı Azərbaycan torpaqlarında olan tarixi-mədəni abidələri də məhv ediblər. Mən hər üç dövlət rəhbəri ilə görüşdə Gürcüstanda yaşayan soydaşlarımızın sosial vəziyyətinin yaxşılaşdırılması üçün istənilən şərait yaratdıqları üçün minnətdarlığımı bildirdim. Dövlət başçımızın və xalqımızın salamlarını hər üç dövlət rəhbərinə çatdırdım. Mən onlara mənimlə həmfikir olduqlarına görə təşəkkür etdim”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR