Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
# 21 aprel 2017 20:29 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

Danışıqlar ABŞ tərəfinin təşəbbüsü ilə keçirilib.

“Söhbət zamanı Sergey Lavrov ABŞ-ın Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında (KSQT) Rusiyanın Suriyanın Xan-Şeyhun şəhərində kimyəvi silahdan istifadə edilməsi ilə əlaqədar ekspertlər tərəfindən araşdırmanın aparılması təklifinə qarşı çıxmasından təəssüfünü ifadə edib”, məlumatda deyilir.

Məlumatda həmçinin qeyd edilir ki, Rusiya və ABŞ ikitərəfli münasibətlərdə ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupun yaradılmasına dair razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR