Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil alması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir

Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil alması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir
# 24 aprel 2017 09:15 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının xaricdə dini təhsil alması ilə bağlı yeni qaydalar müəyyənləşdirilir.

APA-nın məlumatına görə. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında “Dini etiqad azadlığı haqqında” qanunun 24-cü maddəsinə təklif olunan dəyişiklik müzakirəyə çıxarılıb.

Təklif olunan yeni bəndə əsasən, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilir.

Bəndin hazırda qüvvədə olan variantı belədir: “Vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir”.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Dəyişikliyə uyğunlaşdırma məqsədilə müvafiq olaraq Cinayət Məcəlləsinin müvafiq maddələrində də dəyişiklik edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR