“Turkish Airlines” Bakı Şopinq Festivalı ilə əməkdaşlığa başlayıb

 “Turkish Airlines” Bakı Şopinq Festivalı ilə əməkdaşlığa başlayıb
# 26 aprel 2017 07:20 (UTC +04:00)

Bakı Şopinq Festivalı ilə əməkdaşlıq edən şirkətlərin sayı artır.

APA-nın xəbərinə görə, artıq Türk Hava Yolları şirkəti – “Turkish Airlines” da Bakı Şopinq Festivalı üçün xüsusi kampaniyaya start verib. “Turkish Airlines”in Bakı reysinin sərnişinləri Bakı Şopinq Festivalı çərçivəsində mayın 10-dək ödənişsiz olaraq, 10 kq əlavə yük daşıyacaq.

Bakı Şopinq Festivalı müddətində Tax Free deklarasiyasına sahib olan sərnişinlər “Turkish Airlines” reyslərinə minik qeydiyyatı zamanı, daşınma xərci ödəmədən 10 kq artıq baqaj verə bilərlər.

Dünyanın ən böyük və məşhur aviaşirkətlərindən olan “Turkish Airlines” Bakıdan dünyanın yüzlərlə şəhərinə uçuşlar həyata keçirir. Bakı Şopinq Festivalına aviaşirkətin təyyarələrində gəlmiş turistlər üçün bu qaçılmaz fürsətdir.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-dək müştəriləri sərfəli təkliflərlə sevindirəcəklər.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçirilir. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR