ARDDA "TransCaspian-2017" sərgisində iştirak edir

ARDDA "TransCaspian-2017" sərgisində iştirak edir
# 26 aprel 2017 13:52 (UTC +04:00)

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) Bakıda keçirilən 16-cı Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica-2017" sərgisində iştirak edir.

"APA-Economics" xəbər verir ki, ARDDA sözügedən sərgidə quraşdırılmış xüsusi pavilyonunla təmsil olunur. Pavilyon vasitəsilə qurum tərəfindən görülən işlər, gələcək layihələr və yeniliklər barədə ətraflı məlumat əldə etmək mümkündür.

Qeyd edək ki, 26-28 aprel tarixlərində keçiriləcək “TransCaspian/Translogistica - 2017" sərgisində dünyanın 14 ölkəsini - Azərbaycan, Avstriya, Belarus, Böyük Britaniya, Gürcüstan, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 88 şirkət iştirak edəcək. Yeni şirkətlər sərgi iştirakçılarının 30%-ini təşkil edirlər.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR