Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək

Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan konsert keçiriləcək
# 27 aprel 2017 08:33 (UTC +04:00)

Mayın 2-də Azərbaycan Dövlət Filarmoniyasında xalq artisti, tarzən Ramiz Quliyevin 70 illik yubileyinə həsr olunan təntənəli qala-konsert keçiriləcək. APA-nın məlumatına görə, konsert Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirdə Azərbaycanın tanınmış ifaçıları, kollektivləri və musiqi xadimləri iştirak edəcək. Bu il Ramiz Quliyevin pedaqoji fəaliyyətinin 50 illiyi də qeyd edilir. Tarzən Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətini davam etdirir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işlədiyi bir çox əsərləri çapdan çıxıb. R. Quliyev bir sıra dərsliklərin, dərs proqramlarının, elmi və metodiki tövsiyyələrin müəllifidir.

R. Quliyev Türkiyə, Əfqanıstan, Suriya, İsveçrə, Hollandiya, Hindistan, ABŞ, Kanada, Danimarka, İran, İraq, Fransa, İngiltərə, İsrail, Norveç və başqa ölkələrdə konsert proqramları ilə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR