"Qızıl Kəlmə” mükafatının qalibləri müəyyən edilib

"Qızıl Kəlmə” mükafatının qalibləri müəyyən edilib
# 28 aprel 2017 14:06 (UTC +04:00)

Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2017-ci il üzrə qaliblərinin təqdim olunma mərasimi keçiriləcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, 2009-cu ildən etibarən iki ildən bir olmaqla keçirilən “Qızıl Kəlmə” ədəbi mükafatının 2017-ci il üzrə qalibləri müəyyən edilib.

Mükafata əsərlərin qəbulu 2016-cı ilin noyabr ayında başlanıb və 10 aprel tarixində başa çatıb. Həmin müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 100 əsər təqdim edilib.

Bütün əsərlər “Qızıl Kəlmə” Ədəbi Mükafatı Komissiyasının üzvləri tərəfindən oxunub və qiymətləndirmə cədvəlində komissiya üzvləri hər nominasiya üzrə seçdiyi əsəri xüsusi işarə ilə qeyd ediblər.

Daha sonra Komissiyasının yekun iclasında qiymətləndirmə cədvəlinə əsasən alınan nəticələr səsə qoyulub. Beş əsas mükafatla yanaşı, daha iki əsəri fərqləndirən “Şans” ödülünün verilməsi məqsədəuyğun sayılıb.

2017-ci il üzrə “Qızıl Kəlmə” Ədəbi Mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr əsərləri nominasiyası üzrə

Sona Vəliyeva. “İşığa gedən yol” kitabı

Vaqif Nəsib “Sənsizlik, mənsizlik, onsuzluq” romanı

Əkrəm Qaflanoğlu. “Talelər kəsişəndə” kitabı

Poeziya əsərləri nominasiyası üzrə

Firuzə Məmmədli. “Seçilmiş əsərləri” kitabı

Vaqif Bayatlı Odər. “Hər iki dünyanın ən gözəli” silsilə şeirləri

Ədəbi tənqid və publisistika əsərləri nominasiyası üzrə

Bəsti Əlibəyli. “İkinci mətn” kitabı

Nərgiz Cabbarlı. “Qurtuluşdan sonra. Yeni nəsil ədəbiyyatı” kitabı

Orijinaldan bədii tərcümə əsərləri nominasiyası

Əyyub Qiyas. Svetlana Aleksiyeviçin “Müharibənin qadın olmayan üzü” romanı

Fərid Hüseyn. Orxan Kamalın “Nazim Hikmətlə 3 il yarım” əsəri

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Zahid Xəlil. “Ağ leyləklər” kitabı

Qəşəm Nəcəfzadə. “Çiçəkli xalça” kitabı

“Qızıl Kəlmə” Ədəbi Mükafatı çərçivəsində “Şans” ödülü

Mirmehdi Ağaoğlu. “Alman malı” kitabı

Şəhriyar del Gerani. “Darıxmağın adı” kitabı

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR