Malidə 20-dən çox silahlı məhv edilib

Malidə 20-dən çox silahlı məhv edilib
# 30 aprel 2017 21:46 (UTC +04:00)

Fransa hərbçiləri Mali - Burkina-Faso sərhədində meşədə gizlənən 20-dən çox silahlını məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, silahlılar quru əməliyyatı və hava zərbələri nəticəsində zərərsizləşdirilib.

Aprelin 19-da silahlılar Qurma-Rarus şəhərində hərbi bazaya hücum edərək 5 əsgəri öldürüb, 10-u yaralayıblar.

Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR