Ötən il Azərbaycan Afrika ölkələrindən 8 mln. dollarlıq kənd təsərrüfatı məhsulları idxalı edib

Ötən il Azərbaycan Afrika ölkələrindən 8 mln. dollarlıq kənd təsərrüfatı məhsulları idxalı edib
# 01 may 2017 09:51 (UTC +04:00)

“2016-cı il ərzində Azərbaycan Afrika ölkələrindən 8,6 mln. dollarlıq kənd təsərrüfatı və ərzaq məhsulları idxal edib”.

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu nazir Heydər Əsədov “Türkiyə-Afrika kənd təsərrüfatı nazirlərinin 1-ci iclası və biznes forum”da bildirib.

“Azərbaycan Afrika ölkələrinə isə 251 min dollar həcmində məhsul ixrac edib. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının idxal və ixrac edildiyi Afrika ölkələri arasında Cənubi Afrika Respublikası, Əlcəzair, Həbəşistan, Misir, Keniya, Qana, Madaqaskar və digər Afrika ölkələr yer alır”, - deyə H.Əsədov əlavə edib.

Bundan başqa, nazir aqrobiznes sahəsində maraqlı olan iş adamlarını Azərbaycanda kənd təsərrüfatı sektoruna investisiya yatırımı etməyə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR