Ümumdünya Turizm Təşkilatı baş katibinin müşaviri: "Turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək"

Ümumdünya Turizm Təşkilatı baş katibinin müşaviri: "Turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək"
# 04 may 2017 15:44 (UTC +04:00)

"İnanırıq ki, turizm dünyada mədəniyyətlərarası dialoqa mühüm töhfə verəcək. Bu da bu il Forumun əsas istiqamətlərindən biridir".

APA-nın məlumatına görə, bunu bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı keçirilən mətbuat konfransında BMT-nin Ümumdünya Turizm Təşkilatı baş katibinin Turizm və sülh üzrə müşaviri və Yaxın Şərq üzrə Regional direktoru Əmir Abdel Qafar söyləyib.


O deyib ki, turizm dünyada ümumi ixracatın 7 faizini, ümumi xidmətin isə 30 faizini təşkil edir: "Turizm insanlar, xalqlar arasında dostluq bağlarının qurulmasında vacib rol oynayır. 2030-cu ilə qədər BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində, o cümlədən bu il iqtisadi inkişafda turizm sektoru mühüm yer tutur. Sabah Forum çərçivəsində Azərbaycan hökuməti ilə birgə xüsusi iclasımız keçiriləcək. İclasda turizmin dəyişən gücü, transformasiyası ilə bağlı müzakirələr aparılacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR